Şənbə, 11 May

Zelenski: "Mən dünyanı Saakaşvilinin "edam"ının qarşısını almağa çağırıram" - FOTO

image

Zelenski Saakaşvilini cəmiyyətin gözü qarşısında “edam”dan xilas etməyə çağırıb.

Xəbər verilir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Twitter-də yazıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstan hakimiyyətini ölkənin eks-prezidenti Mixail Saakaşvilini azad etməyə və “onun edamının qarşısını almağa” çağırıb.

O, əmindir ki, Saakaşvili “yavaş-yavaş öldürülür”.

“Hazırda Ukrayna vətəndaşı, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sadəcə yavaş-yavaş öldürülür. 21-ci əsrdə Avropada bir insanın de-fakto açıq şəkildə edam edilməsi cəhdinə qarşı hələ də mübarizə aparmaq lazımdır. Bu, biabırçılıqdır!!” – Ukrayna lideri yazıb.

Zelenski Gürcüstan hakimiyyətini “Avropa insan haqları standartları üzrə öhdəliklərini yadda saxlamağa və zorakılığa son qoymağa” çağırıb.

“Ukrayna həll yollarını təklif etdi. Mən bütün dünyanı Mixailin həyatını xilas etməyə və onun edamının qarşısını almağa kömək etməyə çağırıram”,- deyə o əlavə edib.

Xatırladaq ki, dekabrın 20-də Zelenski artıq Gürcüstanı Saakaşvilini müalicə üçün Ukraynaya və ya başqa ölkəyə göndərməyə çağırırdı. Ukrayna liderinin sözlərinə görə, Saakaşvilinin vəziyyəti hazırda ağırdır və onun başına gələnləri istehza adlandırıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44